Bank Of Baku

Misirdə parlament seçkilərinin birinci mərhələsi keçirilir

Misirdə parlament seçkilərinin birinci mərhələsi keçirilir
# 28 noyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Misirdə etiraz nümayişlərinin davam etməsinə baxmayaraq, bu gün parlament seçkilərinin birinci mərhələsi keçirilir APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu seçkilər hakimiyyətin Silahlı Qüvvələrin Ali Şurasından qanuni seçilmiş mülki rəhbərliyə ötürülməsində ilk böyük addım olacaq.

Parlament seçkiləri bir neçə mərhələdə keçiriləcək və təxminən altı ay davam edəcək. İlk olaraq aşağı palataya, sonra isə fevral-mart ayında yuxarı palataya seçkilər keçiriləcək.

Misirdə prezident vəzifəsinə əsas namizədlərdən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq direktoru Məhəmməd əl Baradei bəyan edib ki, ona keçid hökumətə başçılıq etmək təklif olunarsa, parlament seçkilərində öz namizədliyini geri götürməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR