Bank Of Baku

Mavritaniya ekstremistləri Fransaya cihad elan ediblər

Mavritaniya ekstremistləri Fransaya cihad elan ediblər
# 03 yanvar 2012 23:23 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərəkatın liderləri Həməd ül-Məhəmməd Keyru və Əbu Kumkum internet vasitə ilə yaydıqları video müraciətində “Fransanın islamın maraqlarına zidd olduğunu” elan ediblər.

Onların başçılıq etdiyi qruplaşma keçən ilin oktyabrından Saxara səhrasında iki ispaniyalı və bir italiyalı qadını oğurlayıblar və bu günə kimi girov saxlayırlar.
Hal-hazırda Saxarada aralarında 6 fransalı olmaqla 12 avropalı girov saxlanılır.
Ekstremistlər bütün Qərbi Afrika ərazisində şəriət qaydalarının tətbiq olunması uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, keçən ilin yayında Əl-Qaidə silahlıları Mavritaniyanın cənub-şərqində hərbi bazaya hücum ediblər. Qruplaşmasının üzvləri ilə əsgərlər arasında baş vermiş atışmada 20 silahlı məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR