Bank Of Baku

Suriyada qaz kəməri partladılıb

Suriyada qaz kəməri partladılıb
# 04 yanvar 2012 07:41 (UTC +04:00)
Bakı - APA. Suriyanın Homs əyalətinin Rastan şəhərində qaz kəməri partladılıb. APA-nın SANA agentliyinə istinadən xəbərinə görə, partlayış nəticəsində iki elektrik stansiyanı qazla təmin edən kəmərdə 60 sm diametrində deşik əmələ gəlib.

Suriya Neft və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib ki, elektrik stansiyalarından birinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar. İnsident saatda 4 MVt elektrik enerjisinin itkisinə səbəb olub.

Qeyd edək ki, bu, son vaxtlar Suriyanın qaz kəmərlərində baş verən 4-cü partlayışdır. Prezident Bəşər Əsədə loyallığı ilə seçilən mətbuat orqanları partlayışları hakim rejimə qarşı mübarizə aparan üsyançıların törətdiyini iddia edir. Ötən ilin mart ayından Suriyada başlayan xalq etirazlarından sonra hökumət qoşunları ilə müxalifət tərəfdarları arasında baş verən toqquşmalar 5 min nəfərdən çox vətəndaşın ölümü ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR