Bank Of Baku

Cənubi Sudanda qəbilələr arasında silahlı toqquşmalarda 3 mindən çox insan ölüb

Cənubi Sudanda qəbilələr arasında silahlı toqquşmalarda 3 mindən çox insan ölüb
# 06 yanvar 2012 10:30 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Cənubi Sudanda keçən həftə baş verən silahlı qarşıdurmalarda 3 mindən çox insan həlak olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Pibor bölgəsinin rəhbəri Joshua Konyi mətbuata verdiyi açıqlamada ölənlərin 2200 nəfərinin qadın və uşaqlar, 950 nəfərinin isə kişilər olduğunu deyib.

Cənubi Sudanın Pibor qəsəbəsindəki qəbilələr arasında keçən ay baş verən silahlı münaqişələr nəticəsində qəsəbənin sakinləri ərazini tərk edərək qaçmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı qarşıdurmalarda yüzlərlə insanın öldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR