Bank Of Baku

Rusiya Hüsnü Mübarəkin edam olunmasının əleyhinədir

Rusiya Hüsnü Mübarəkin edam olunmasının əleyhinədir
# 07 yanvar 2012 09:49 (UTC +04:00)
Bakı – APA. Rusiya Xarici İşlər Nazirliyi Misirin eks-prezidenti Hüsnü Mübarəkin işi ilə bağlı davam edən məhkəmə prosesində prokurorun sabiq dövlət başçısına asılma yolu ilə ölüm hökmünün çıxarılması tələbinə qarşı çıxış edib. Məhkəmə prosesi eks-prezident, onun iki oğlu və bir sıra yüksək rütbəli dövlət məmurunun işi üzrə ararılır və ötən həftə məhkəmə dinləmələri bərpa olunub.

APA-nın məlumatına görə, XİN-in bəyanatında bildirilir ki, rəsmi Moskva bu cür xəbərləri narahatlıqla qarşılayır: «Düzdür, söhbət bizə dost olan Misirin daxili işlərindən gedir. Ümid edirik ki, yekun qərarlar beynəlxalq hüquqi standartların ən yüksək səviyyəsində qəbul olunacaq. Eyni zamanda hesab edir ki, Mübarəkə qarşı humanist yanaşmanın nəzərə alınması mümkündür, çünki söhbət 83 yaşlı və ağır xəstə olan insandan gedir. Digər tərəfdən onun ötən ilin fevralında hakimiyyətdən könüllü getməsi ilə bağlı qərarı nəzərə alınmalıdır».

Xatırladaq ki, Misir Baş Prokurorluğu yanvarın 5-də eks-prezident H.Mübarək, sabiq xarici işlər naziri Həbib əl-Ədli və onun 6 müavininin işi ilə bağlı asılma yolu ilə edam hökmünün çıxarılması tələbi ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR