Bank Of Baku

CAR prezidenti: “NATO ölkələri BMT Təhlükəsizlik Şurasının Liviyaya dair 1973 saylı qətnaməsinin tələblərini pozublar”

CAR prezidenti: “NATO ölkələri BMT Təhlükəsizlik Şurasının Liviyaya dair 1973 saylı qətnaməsinin tələblərini pozublar”
# 13 yanvar 2012 08:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. NATO ölkələri BMT Təhlükəsizlik Şurasının Liviyaya dair 1973 saylı qətnaməsinin tələblərini pozublar. APA-nın məlumatına görə, bu bəyanatla BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma çıxış edib.

O bildirib ki, Afrika Birliyi ötən il Liviyadakı problemin həlli məqsədilə “Yol xəritəsi” hazırlasalar da, NATO Liviyanı bombalamaqla bu “Yol xəritəsi”nin üstündən xətt çəkib.

Ceykob Zuma həmçinin BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını təklif edib. O bildirib ki, BMT TŞ-nın qətnamələrinin 70 faizi Afrika ölkələri ilə bağlı olsa da, Afrika qitəsi BMT TŞ-da daimi üzvlük statusuna malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR