Bank Of Baku

Məhəmməd əl-Baradeyi prezident seçkilərində iştirak etməkdən imtina edib

Məhəmməd əl-Baradeyi prezident seçkilərində iştirak etməkdən imtina edib
# 14 yanvar 2012 19:54 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Atom Agentliyinin keçmiş başçısı misirli Məhəmməd əl-Baradeyi iyun ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib.

«Hazırkı şəraitdə mən öz namizədliyimi nə prezident, nə də digər bir rəsmi vəzifəyə irəli sürə bilmərəm», deyə o bildirib.

Bununla belə əl-Baradeyi keçid dövründə ölkəni idarə edən Misir silahlı qüvvələrinin Ali şurasını, media qurumlarını və məhkəməni tənqid edib.

«Təəssüf ki, keçid dövrü çox pis şəraitdə davam edir. KİV hökumətin əlində alət olaraq qalıb, məhkəmənin isə dəyişikliyə ehtiyacı var», deyə Baradeyi qeyd edib.

Baradeyinin sözlərinə görə Hüsnü Mübarəkin hakimiyyətdən getməsinə nail olmuş gənclər indi siyasi həyatdan uzaqlaşdırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR