Bank Of Baku

Cənubi Sudanda baş vermiş toqquşmada 51 nəfər həlak olub

Cənubi Sudanda baş vermiş toqquşmada 51 nəfər həlak olub
# 17 yanvar 2012 18:42 (UTC +04:00)
Bakı-APA. Cənubi Sudanda iki qəbilə arasında baş vermiş silahlı toqquşma nəticəsində 51 nəfər həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər ölkənin şimalında yerləşən Duk Paduet kəndinə hücum edərək əsasən qadın və uşaqlar olmaqla 51 nəfəri qətlə yetiriblər. Ölənlər arasında hərbi geyimdə hücum edən şəxslərdən bir nəfər var. Daha 22 nəfər yaralı kənd sakini Cuba şəhərinə evakuasiya edilib.
Bildirilir ki, ölkənin Congli ştatı Murle və Lu Nuer qəbilələri arasında silahlı münaqişəyə meydan olub. Hücum edənlər biri birilərinin əmlakını, mal-qarasını qaçırdırlar, insanları öldürürlər. Keçən ay Lu Nuer silahlıları Murle qəbiləsinə məxsus Pibor şəhərinə hücum etmişlər. Ehtimallara görə budəfəki hücum cavab olaraq Murle silahlıları həyata keçirib.
Cənubi Sudan hökuməti sabitliyi bərpa etmək üçün bölgəyə əlavə üç min hərbiçi göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR