Bank Of Baku

Keçid Milli Şurası Bəni-Vəlidə hərbi texnika göndərir

Keçid Milli Şurası Bəni-Vəlidə hərbi texnika göndərir
# 24 yanvar 2012 02:53 (UTC +04:00)
Bakı-APA. Liviya Keçid Milli Şurası Müəmmər Qəddafi tərəfdarlarının əlinə keçmiş Bəni-Vəlid şəhərinə doğru hərbi texnika və qoşun göndərib. Qeyd edək ki, dünən keçmiş Liviya liderinə sadiq olan silahlı dəstələr paytaxt Tripolidən 160 km məsafədə olan bu şəhəri ələ keçiriblər.

Keçid Milli Şurasının Bəni-Vəliddəki qoşunlarının komandiri Embarek əl-Fatmaninin sözlərinə görə, Qəddafi tərəfdarları şəhərin bir sıra inzibati binalarını ələ keçiriblər. Artıq şəhərə doğru hərbi helikopterlər göndərilib. Baş verən döyüşlərdə onlarla insanın həlak olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR