Bank Of Baku

Niger Qəddafinin oğlunu təslim etməkdən imtina edib

Niger Qəddafinin oğlunu təslim etməkdən imtina edib
# 11 fevral 2012 18:38 (UTC +04:00)
Bakı-APA. Niger Liviyaya lideri Müəmmər Qəddafinin oğlu Saadini təslim etməkdən imtina edib.

APA-nın məlumatına görə, bu barədə Nigerin ədliyyə naziri Maru Amadu deyib.
O bildirib ki, bu qərar Saadi Qəddafinin Liviya hökumətini tənqid etməsinə və əhalini üsyana çağırmasına baxmayaraq qəbul edilib.
Maru Amadu deyib: “Saadi Qəddafinin təslim edilməsi üçün əmin olmalıyıq ki, onu Liviyada qərəzsiz və ədalət məhkəməsi gözləyir”. Müəmmar Qəddafinin üçüncü oğlu olan Saadi vətəndaş müharibəsi dövründə Liviya xüsusi qüvvələrinə və elitar ordu birləşmələrinə rəhbərlik edib. O qardaşı Seyf-əl-İslam ilə birlikdə Qəddafinin əsas varislərindən biri sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR