Bank Of Baku

Ərəb Dövlətləri Liqasının baş katibi: «Rusiya və Çin Suriyaya dair mövqelərini dəyişə bilərlər»

Ərəb Dövlətləri Liqasının baş katibi: «Rusiya və Çin Suriyaya dair mövqelərini dəyişə bilərlər»
# 20 fevral 2012 22:46 (UTC +04:00)
Bakı-APA. Rusiya və Çinin hərəkətləri belə bir təsəvvür yaradır ki, bu ölkələr Suriya probleminə dair mövqelərini dəyişə bilərlər. Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi belə bir bəyanatla çıxış edib.

«Çində, müəyyən mənada Rusiyada müşahidə etdiyimiz bəzi əlamətlər bu ölkələrin mövqelərini dəyişə biləcəyini göstərir», deyə o Qahirədə keçirdiyi mətbuat konfransında bildirib.

Fevralın 4-də Moskva və Pekin BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsinə veto qoyublar. Bu qətnamə layihəsi ƏDL-nın Suriya böhranından çıxış yollarına dair təklifləri nəzərə alınmaqla tərtib olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR