Bank Of Baku

Darfurda girov götürülmüş sülhməramlılar azad ediliblər

Darfurda girov götürülmüş sülhməramlılar azad ediliblər
# 21 fevral 2012 02:48 (UTC +04:00)
Bakı-APA. Sudanın Darfur bölgəsində silahlılar dünən girov götürdükləri 49 YUNAMİD (Afrika Birliyi və BMT-nin birgə missiyası) sülhməramlısını azad ediblər. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Sülhməramlılarla birgə girov götürülmüş 3 Sudan vətəndaşı isə hələ azad edilməyiblər. Silahlılar hələlik heç bir tələb irəli sürməyiblər.

YUNAMİD-dən bildirildiyinə görə, azad edilmiş sülhməramlılar girovluqda qalan 3 vətəndaşla həmrəylik əlaməti olaraq bölgəni tərk etməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR