Bank Of Baku

Misirdə prezident seçkilərinin vaxtı məlum olub

Misirdə prezident seçkilərinin vaxtı məlum olub
# 29 fevral 2012 19:49 (UTC +04:00)
Bakı-APA. Misirdə yeni prezident seçkiləri bu il mayın 23-ü və 24-nə təyin olunub. Bu barədə ölkənin prezident seçkiləri üzrə seçki komissiyasının sədri, Ali konstitusiya məhkəməsinin rəhbəri Faruk Sultan məlumat verib.

Gər ehtiyac olarsa, seçkilərin ikinci turu iyunun 16-sı və 17-si olacaq.

Misir prezidenti Hüsni Mübarək 2011-ci il fevralın 11-də istefa verib və ölkədə hakimiyyət Silahlı qüvvələrin ali şurasına keçib.

Yeni qanunvericiliyə görə, Misirdə prezident 4 illiyinə seçilir. Bir şəxs ən çox iki dəfə dalbadal seçilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR