Bank Of Baku

Əlcəzairdəki terror aktına görə məsuliyyəti öz üzərinə yeni terrorçu qruplaşma götürüb

Əlcəzairdəki terror aktına görə məsuliyyəti öz üzərinə yeni terrorçu qruplaşma götürüb
# 03 mart 2012 20:24 (UTC +04:00)
Bakı-APA. «Afrikada birlik və cihad uğrunda hərəkat» adlı yeni islamçı qruplaşma Əlcəzairin cənubundakı Tamanrasset şəhərində polis binası qarşısındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Bu gün baş vermiş terror aktı zamanı ən azı 24 nəfər yaralanıb. Terror aktı içərisində bomba olan avtomobilin köməyilə həyata keçirilib. Yaralananlardan 10 nəfəri polis, digərləri mülki şəxslərdir. Onlardan bəziləri ağır vəziyyətdədirlər.

«Afrikada birlik və cihad uğrunda hərəkat» qruplaşması 2011-ci ildə yaradılıb və Qərbi Afrikada islam cihadı uğrunda çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR