Bank Of Baku

Liviyanın qərbində silahlı dəstələr arasında döyüşlər gedir

Liviyanın qərbində silahlı dəstələr arasında döyüşlər gedir
# 03 aprel 2012 18:06 (UTC +04:00)
Bakı-APA. Liviyanın qərbində yerləşən Zuara şəhəri yaxınlığında silahlı dəstələr arasında şiddətli döyüşlər gedir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əsasən bərbərlər tayfaları olan bu şəhərin silahlı sakinləri və Əl-Cümeyra və Reqdalin kəndindən olan döyüşçülər arasında atışma başlayıb. Toqquşma nəticəsində bir nəfər həlak olub, 5 nəfər yaralanıb. Liviya hökumətinin səylərinə baxmayaraq dəstələr arasında atəşi dayandırmaq mümkün olmayıb.
Bununla yanaşı Liviyanın cənubunda tayfalar arasında gərginlik qalmaqdadır. Keçən həftə orada silahlı toqquşmalarda 150 nəfər həlak olub, 400 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR