Bank Of Baku

Haaqa məhkəməsi Liviyadan Seyf əl-İslam Qəddafini tələb edir

Haaqa məhkəməsi Liviyadan Seyf əl-İslam Qəddafini tələb edir
# 05 aprel 2012 00:57 (UTC +04:00)
Bakı-APA. Liviya hakimiyyəti ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verməlidir. Haaqa məhkəməsinin hakimlərindən biri belə bir bəyanatla çıxış edib.

Haaqada Qəddafinin oğlunu insanlığa qarşı cinayətlər törətməkdə ittiham edirlər.

Liviya hakimiyyəti isə Seyf-əl-İslam üzərində ədalətli məhkəmənin yalnız öz ölkəsində keçirilə biləcəyini iddia edir.

Seyf əl-İslam Qəddafi ötən ilin noyabrında həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR