Bank Of Baku

Liviyada parlament seçkiləri iyunun 19-da keçiriləcək

Liviyada parlament seçkiləri iyunun 19-da keçiriləcək
# 05 aprel 2012 04:47 (UTC +04:00)
Bakı-APA. Liviyanın Müəssislər məclisinə seçkilər iyunun 19-da keçiriləcək. APA-nın məlumatına görə, bu barədə «Əl-Ərəbiyyə» telekanalına müsahibəsində Liviya Keçid Milli şurasının başçısı Mustafa Əbdül Cəlil məlumat verib.

Əbdül Cəlil həmçinin seçkilərdə uğursuzluğa düçar olduğu təqdirdə istefa verəcəyini bəyan edib.

Bir müddət öncə Keçid Milli şurasının üzvü Nasir əl-Mani ölkənin qərbində yenidən döyüşlərin başlaması ilə əlaqədar parlament seçkilərinin təxirə salına biləcəyini vurğulamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR