Bank Of Baku

Qvineya-Bisau ordusu üsyan qaldırıb, hərbiçilər milli radionun binasını ələ keçiriblər

Qvineya-Bisau ordusu üsyan qaldırıb, hərbiçilər milli  radionun binasını ələ keçiriblər
# 13 aprel 2012 00:09 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyə istinadən verdiyi məlumatına görə, paytaxtın küçələrində avtomat silah və qumbaraatandan istifadə olunmaqla şiddətli döyüşlər gedir. Bəzi xəbərlərə əsasən hərbiçilər hakimiyyətdə olan Afrikanın Qvineya-Bisau və Kabo-Verde müstəqillik partiyasının qərargahını tutublar.
Bundan bir neçə saat əvvəl Qvineya-Bisau müxalifətinin lideri, sabiq prezident və prezident seçkilərdə namizədlərdən biri Kumba Yala aprelin 29-na keçirilən prezident seçkilərin ikinci turunu boykot etməyə çağırıb.
Bu seçkilərdə Yala hazırkı baş nazir Karluş Qomeş Juniorun əsas rəqibidir. Yala və dava 4 namizəd martın 18-də keçirilmiş prezident seçkilərindəki kütləvi qanun pozuntularını pisləyiblər. Bu seçkilərdə Junior 48,97%, Yala 23,26 % səs qazanıb.
1974-cü ildə müstəqilliyini əldə edən Qvineya-Bisau dövlət çevrilişlərin sayına görə rekord vurub. Son zamanlar isə Qvineya-Bisau Cənubi Amerikadan Qərbi Avropaya narkotrafikin keçid məntəqəsinə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR