Bank Of Baku

Qvineya-Bisaunun devrilmiş hökuməti beynəlxalq birliyi ölkəyə qoşun yeritməyə çağırıb

Qvineya-Bisaunun devrilmiş hökuməti beynəlxalq birliyi ölkəyə qoşun yeritməyə çağırıb
# 23 aprel 2012 22:49 (UTC +04:00)
Bakı-APA. Qvineya-Bisaunun keçmiş hökumətinin nümayəndələri dünya ictimaiyyətini bu Afrika ölkəsinə beynəlxalq qoşun kontingenti yeritməyə çağırıblar. Bu barədə ölkənin keçmiş xarici işlər naziri Mamadu Calo Pireş məlumat verib.

Keçmiş nazirin sözlərinə görə, «Respublika institutlarını qorumaq üçün» beynəlxalq kontingentə geniş səlahiyyətlər verilməlidir.

«Biz ordumuzu tamamilə məhv etməyi tələb etmirik, biz sabitliyi təmin etməyi tələb edirik», deyə Pireş bəyan edib.

Aprelin 12-də Qvineya-Bisauda hərbçilər çevriliş ediblər. Prezident səlahiyyətlərini icra edən Raymunda Pereyra həbs olunub. Aprelin 18-də hərbçilər və əsas müxalifət partiyaları arasında ikiillik keçid dövrünün elan olunması barədə saziş imzalanıb. Bu dövr ərzində ölkədə prezident və parlament seçkiləri keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR