Bank Of Baku

Misirdə Səudiyyə Krallığının səfirini öldürməyə hazırlaşan 3 İran vətəndaşı həbs olunub

Misirdə Səudiyyə Krallığının səfirini öldürməyə hazırlaşan 3 İran vətəndaşı həbs olunub
# 01 may 2012 16:40 (UTC +04:00)
Bakı-APA. Misir hüquq-mühafizə orqanları Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Əhməd Kattanı öldürməyə hazırlaşan üç İran vətəndaşının həbs olunduğunu açıqlayıb. APA-nın məlumatına görə, iranlılar Səudiyyə Krallığının Qahirədəki səfirliyinin qarşısında keçirilən aksiyaların aktiv iştirakçısı olublar. Bu aksiyalar misirli hüquq müdafiəçisinin Ciddədə narkotik maddə saxlamaq ittihamı ilə həbsindən sonra başlayıb. Aksiyalardan sonra Səudiyyə Krallığı Misirdəki səfirini geri çağırıb, həmçinin Süveyş və İsgəndəriyyədə konsulluqlarını bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR