Bank Of Baku

Malidə baş vermiş toqquşmalarda 14 nəfər həlak olub

Malidə baş vermiş toqquşmalarda 14 nəfər həlak olub
# 01 may 2012 17:45 (UTC +04:00)
Bakı-APA. Malinin paytaxtı Bamakoda devrilmiş prezident Amadu Turenin tərəfdaşları ilə hərbiçilər arasında baş vermiş toqquşmalarda 14 nəfər həlak olub, 40 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzində hərbi çevrilişdə iştirak edən qoşunlar ilə prezidentin şəxsi qvardiyası arasında döyüş gedir.
Qvardiyaçıların narazılığına səbəb prezident Amadu Turenin hökumətində qərargah rəisi olan Abidin həbs edilməsi olub. Qvardiyaçılar hücum edərək hava limanını, dövlət televiziyasının binasını və Kati şəhərində hərbi bazanı tutmağa çalışıblar.

Xatırladaq ki, bu ilin mart ayında Malidə hərbi çevriliş baş verib.
Formal olaraq Mali hərbiçiləri hakimiyyəti keçid hökumətinə təhvil veriblər. Lakin faktiki olaraq bu Afrika ölkəsində hakimiyyət hərbiçilərin əlindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR