Bank Of Baku

Misir hökuməti Qahirədəki iğtişaşlarda iştirakına görə həbs olunan qadınları azad edəcək

Misir hökuməti Qahirədəki iğtişaşlarda iştirakına görə həbs olunan qadınları azad edəcək
# 06 may 2012 03:41 (UTC +04:00)
Bakı-APA. Misirin hərbi prokuroru Abdel Mursi cümə günü Qahirədəki iğtişaşlarda iştirakına görə həbs olunan qadınların azad olunması barədə
qərar qəbul edib.
APA-nın verdiyi xəbərə görə, prokurorluq iğtişaşlarda iştirak edən 300 nəfərin 15 sutka həbs olunması barədə qərar verib. Bunların arasında 18 qadın var.
Xatırladaq ki, Misirin müdafiə nazirliyinin qarşısında baş vermiş qarşıdurmada bir əsgər həlak olub 300 nəfər mülki şəxs xəsarət alıb. Misir hərbi hakimiyyəti Qahirədə komendant saatı tətbiq etdib.
Toqquşmalar prezident seçkilərinə üç həftə qalmış hərbi hökumətin dərhal ləğv edilməsini tələb ilə keçirilən etiraz aksiyası zamanı nümayişçilər və hərbiçilər arasında baş verib.
Hərbiçilər müdafiə nazirliyinin qarşısında etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR