Bank Of Baku

Misir polisi İranın “əl-Aləm” televiziyasının Qahirədəki bürosunda əməliyyat keçirib

Misir  polisi İranın “əl-Aləm” televiziyasının Qahirədəki bürosunda əməliyyat keçirib
# 15 may 2012 01:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Misir polisi İranın ərəb dilində yayımlanan “əl-Aləm” televiziyasının Qahirədəki bürosunda əməliyyat keçirib. APA-nın məlumatına görə, bu barədə televiziyanın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, Misirdə keçiriləcək prezident seçkiləri öncəsi belə bir əməliyyatın keçirilməsi siyasi məqsəd daşıyır və ifadə azadlığının pozulması deməkdir. Həmçinin qeyd edilib ki, “əl-Aləm” televiziyasının Qahirədəki bürosu lisenziya almaq üçün aidiyyatı quruma dəfələrlə müraciət etsə də, istəkləri cavabsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR