Bank Of Baku

Malidə etirazçılar ölkə başçısının istefasını tələb edirlər

Malidə etirazçılar ölkə başçısının istefasını tələb edirlər
# 21 may 2012 17:51 (UTC +04:00)
Bakı-APA. Malinin paytaxtı Bamakoda yüzlərlə etirazçı Mali prezidentinin iqamətgahına daxil olaraq müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Dionkunde Traoranın istefasını tələb edirlər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlar dövlət başçısı vəzifəsinə martın 22-də prezident Amadu Turenin devirmiş hərbi xuntanın rəhbəri Amadu Sanoqonu təyin edilməsini istəyiblər.
Qeyd edək ki, dövlət çevrilişi edən hərbiçilər aprel ayında hakimiyyəti Mali parlamentinin sədri Dionkunde Traoranın müvəqqəti hökumətinə təhvil veriblər.
Xatırladaq ki, bu ilin mart ayında Malidə hərbi çevriliş baş verib.
Formal olaraq Mali hərbiçiləri hakimiyyəti keçid hökumətinə təhvil veriblər. Lakin faktiki olaraq bu Afrika ölkəsində hakimiyyət hərbiçilərin əlindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR