Bank Of Baku

Misirdəki islamçılar prezident seçkilərində lider olduqlarını bildiriblər

Misirdəki islamçılar prezident seçkilərində lider olduqlarını bildiriblər
# 25 may 2012 02:27 (UTC +04:00)
Bakı-APA. Misirdə “müsəlman qardaşları” təşkilatı bildirib ki, prezident seçkilərinin səsvermə prosesinini cari nəticələrinə əsəsən onların İslamçı namizədi Məhəmməd Mursi 236 seçki dairəsində liderdir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu təşkilatın siyasi qanadı olan Azadlıq və Ədalət partiyasının sədri İsam əl Əryam bildirib ki, Mursinin qələbəsinə şübhə etmir.
O deyib ki, hələ qəti nəticə çıxartmaq tez olsa da, lakin islamçı namizədin üstünlüyünü göstərən tendensiya göz qabağındadır.
Seçkilərdə istirak edən dünyəvi namizədlər sabiq baş nazir Əhməd Şafiq və sabiq xarici işlər naziri Əmr Musadır.
Misirdə 50 milyon seçici var, bunlardan təxminən 50% prezident seçkilərində iştirak edib.
Keçən il Azadlıq və Ədalət partiyası parlament seçkilərində qalib qəlib. Misirlilər ehtiyat edirlər ki, prezident seçkilərində Azadlıq və Ədalət partiyasının qalib gəlməsi, bu Misirdə hakimiyyətin islamçılar tərəfindən monopoliyasına gətirib çıxarar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR