Bank Of Baku

Keniyada baş vermiş iki partlayışda 5 nəfər yaralanıb

Keniyada baş vermiş iki partlayışda 5 nəfər yaralanıb
# 26 may 2012 22:45 (UTC +04:00)
Bakı-APA. Keniyanın şimal-şərqində baş vermiş iki partlayış nəticəsində ən azı 5 nəfər yaralanıb. Bu barədə yerli polis məlumat yayıb.

Birinci partlayış yeni tikilən məktəbdə baş verib. Partlayış nəticəsində 4 inşaatçı yaralanıb. Vacir şəhərində oteldə baş vermiş partlayış bir nəfərin yaralanmasına səbəb olub. Hər iki hadisədə qumbaralardan istifadə olunub.

Keniya hökuməti bu terror aktlarında «Əş-Şabab» islamçı qruplaşmasını günahlandırıblar. Lakin qruplaşma bu ittihamları rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR