Bank Of Baku

BMT-nin TŞ-sı Malidə böhranın siyasi yolla nizamlamasına dair qətnamə qəbul edib

BMT-nin TŞ-sı Malidə böhranın siyasi yolla nizamlamasına dair qətnamə qəbul edib
# 05 iyul 2012 20:53 (UTC +04:00)
Bakı-APA. BMT-nin Təhlükəsizlik Şurası Malidə hərbi üsyandan sonra yaranmış siyasi xaosun nizamlanmasına və ölkədə Konstitusiya intizamın bərpa olmasına dair qətnamə qəbul edib.
APA-nın verdiyi xəbərə görə, sənəddə deyilir ki, Malidə bütün maraqlı tərəflər “keçid strukturların öz vəzifələrini həyata keçirməsinə və ölkədə Konstitusiya intizamın bərpa olunmasına şərait yaratmalıdırlar”.
Keçid hökuməti Malidə milli dialoq əsasında ölkədə vətəndaş hakimiyyətinin bərpa olunmasının proqramını hazırlamalı və bu il ərzində Malidə azad və ədalətli seçkilərin keçirilməsini təşkil etməlidir.
BMT Malidəki üsyançı qrupları Əl-Qaidə və digər terror qrupları ilə əlaqəni kəsməyə çağırıb.
Xatırladaq ki, formal olaraq Mali hərbiçiləri hakimiyyəti keçid hökumətinə təhvil veriblər. Lakin faktiki olaraq bu Afrika ölkəsində hakimiyyət hərbiçilərin əlindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR