Bank Of Baku

Liviyada keçirilən parlament seçkilərində liberallar koalisiyası liderdir

Liviyada keçirilən parlament seçkilərində liberallar koalisiyası liderdir
# 09 iyul 2012 23:49 (UTC +04:00)
Bakı-APA. Liviya parlamenti - Milli Konqresə keşirilən seçkilərdə Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası – Milli Qüvvələrin Alyansı liderdir.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, səslərin hesablanmasına əsasən bu təşkilat Tripolidə səslərin 90%, Banqazidə 70% qazanıb. İkinci yerdə “müsəlman qardaşlarının” təşkil etdiyi Quruculuq və ədalət partiyasıdır. Bu təşkilatın rəhbəri Məhəmməd Savan liberalları seçkilərdə qələbə qazanması ilə təbrik edib. Liviya seçki komissiyası səsvermənin yekun nəticələrini açıqlayacağı vaxtı elan etməyib.
200 deputat mandatından ibarət olan Liviya Milli Konqresi hökuməti təyin edəcək və bir il ərzində əsas qanunları qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR