Bank Of Baku

Nigeriyada yanacaq çəninin aşmasından sonra başlayan yanğın nəticəsində azı 92 nəfər ölüb

Nigeriyada yanacaq çəninin aşmasından sonra başlayan yanğın nəticəsində azı 92 nəfər ölüb
# 12 iyul 2012 15:07 (UTC +04:00)
Bakı – APA. Nigeriyanın cənubunda yanacaq çəninin aşmasından sonra başlayan yanğın nəticəsində azı 92 nəfər ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər tezdən baş verib.

Benzin doldurulmuş çəni daşıyan avtomobil yolda aşıb. Ətrafdakı insanların bəziləri maraq üzündən, bəziləri isə tökülən benzini yığıb aparmaq məqsədilə hadisə yerinə toplaşıb. Lakin qəflətən yanğın başlayıb. Ölənlərin sayı dəqiq bilinməsə də, şahidlər 92 nəfərin öldüyünü bildirib. “Sinxua” agentliyi isə 100-dən çox adamın öldüyünü xəbər verib. Onların arasında qadın və uşaqlar da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR