Bank Of Baku

Misirdə baş vermiş dəmir yol qəzasında 14 nəfər xəsarət alıb

Misirdə baş vermiş dəmir yol qəzasında 14 nəfər xəsarət alıb
# 18 iyul 2012 02:25 (UTC +04:00)
Bakı-APA. Misirin paytaxtı Qahirə yaxınlığında baş vermiş dəmir yol qəzasında 14 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qahirədən 30 km aralıda yerləşən Giza rayonunda baş verib. Paytaxtdan Soqaq əyalətinə gedən qatar relsdən çıxaraq aşıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə qəzaya səbəb digər qatarın çox dayanmasına etiraz edən sərnişinlərin dəmir yolunu taxta və dəmir parçaları ilə bağlaması olub. Hadisə ilə bağlı Misir prokurorluğu araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR