Bank Of Baku

Misirin sabiq vitse-prezidenti Ömər Süleyman ABŞ-da vəfat edib

Misirin sabiq vitse-prezidenti Ömər Süleyman ABŞ-da vəfat edib
# 19 iyul 2012 15:15 (UTC +04:00)
APA-nın məlumatına görə, Ömər Süleyman müayinə və müalicə olunmaq üçün ABŞ-a gedibmiş. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır.

Xatırladaq ki, Misir kəşfiyyatına uzun illər rəhbərlik etmiş Ömər Süleyman sabiq prezident Hüsnü Mübarəkin ən yaxın silahdaşlarından hesab olunurdu. Misirin İsraillə gizli danışıqları məhz Ömər Süleymanın təşkilatçılığı ilə həyata keçirilib. Hüsnü Mübarək özündən sonra hakimiyyəti Ömər Süleymana təhvil vermək istəsə də, hakimiyyət Hüseyn Tantavinin rəhbərlik etdiyi Ali Hərbi Şuraya keçib. Ömər Süleyman prezidentliyə namizədliyini isrəli sürsə də, onun namizədliyi qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR