Bank Of Baku

Tunisin yeni Konstitusiyasının qəbulu təxirə salınıb

Tunisin yeni Konstitusiyasının qəbulu təxirə salınıb
# 14 avqust 2012 03:47 (UTC +04:00)
Bakı-APA. Tunisin yeni konstitusiyası ölkə parlamenti tərəfindən ən tez 2013-cü ilin aprelində qəbul olunacaq. Bu barədə Tunisin Konstitusiya komissiyası məlumat yayıb.

Qeyd edək ki, daha öncə hökumət üzvləri Konstitusiyanın 2012-ci ilin oktyabrından gec olmayaraq qəbul ediləcəyini bəyan etmişdilər.

2011-ci il yanvarın 14-də Tunisi 24 il idarə etmiş Zeynalabdin Ben Əli xalq etirazları nəticəsində ölkəni tərk edib. Hakimiyyətə gəlmiş yeni qüvvələr ölkə Konstitusiyasını dəyişmək üçün müvafiq komissiya yaradıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR