Bank Of Baku

Nigeriyada avtobusların toqquşması nəticəsində 29 nəfər ölüb

Nigeriyada avtobusların toqquşması nəticəsində 29 nəfər ölüb
# 01 sentyabr 2012 04:50 (UTC +04:00)
Bakı-APA. Nigeriyanın şimal şərqində yerləşən Yabo ştatında baş verən yol qəzası nəticəsində 29 nəfər ölüb. İnsident ölkənin Potiskum və Kano şəhərlərini birləşdirən yolda baş verib.

Yolların təhlükəsizliyi üzrə Federal idarənin rəsmi məlumatına görə qəzaya Potiskum şəhərindən 10 km aralıda iki avtobusun üz üzə toqquşması səbəb olub.

Toqquşmadan sonra baş verən yanğın isə daha çox insan tələfatı ilə nəticələnib. Ölənlərdən 9-u tamamilə yanaraq, tanınmaz vəziyyətə düşüb.

Rəsmilər qəzanın ehtiyatsızlıq və yüksək sürət üzündən baş verdiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR