Bank Of Baku

ABŞ-ın Qahirədəki səfirliyi qarşısında baş vermiş iğtişaşlarda 200 nəfər xəsarət alıb

ABŞ-ın Qahirədəki  səfirliyi qarşısında baş vermiş iğtişaşlarda  200 nəfər xəsarət alıb
# 13 sentyabr 2012 23:10 (UTC +04:00)
APA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, səhər vaxtı başlanan və gecəyə kimi davam edən iğtişaşlarda 8 nəfər yaralanaraq hospitala çatdırılıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Verilən xəbərə görə, “Müsəlmanların günahsızlığı” filminə etiraz edən nümayişçilər səfirliyi mühafizə edən polis əməkdaşlarını daşa basıblar, polis isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, iki gündür etirazçılar səfirliyin binasına daxil olmağa cəhd edirlər. Hərbiçilər aksiya iştirakçılarını Qahirənin ABŞ səfirliyi yerləşdiyi rayondan çıxarmağa müvəffəq olublar. Lakin etirazçılar Təhrir meydanında cəmləşməyə başlayıblar.
Misir DİN-i gəncləri yalnız dinc metodlar ilə etirazlarını bildirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR