Bank Of Baku

Keniya ordusu «Əş-Şabab» qruplaşmasının mövqelərini atəşə tutub

Keniya ordusu «Əş-Şabab» qruplaşmasının mövqelərini atəşə tutub
# 27 sentyabr 2012 04:14 (UTC +04:00)
Bakı-APA. Somali ordusu «Əş-Şabab» islamçı qruplaşmasının əlində olan Kismayo limanını mühasirəyə alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Somalinin keçid hökumətini silahlılarla mübarizədə dəstəkləyən Keniya Kismayo limanındakı «Əş-Şabab»-ın hərbi mövqelərini atəşə tutub. Keniya ordusunun nümayəndəsi bildirib ki, qruplaşmanın Kismayoda olan silah anbarı bombardman edilib. Onun sözlərinə görə, Somali hərbiçiləri bu strateji şəhərə üç istiqamətdən hücum etməyə hazırlaşır. Keniya hərbiçiləri Somaliyə Afrika İttifaqının sülhməramlı kontingenti tərkibində daxil olublar. Onların yardımı ilə üsyançılardan Somalinin Marko və Miido şəhərlərini azad etmək mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR