Bank Of Baku

Misir prezidenti tərəfdarları Təhrir meydanını tərk ediblər

Misir prezidenti tərəfdarları Təhrir meydanını tərk ediblər
# 13 oktyabr 2012 01:15 (UTC +04:00)
Bakı-APA. Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları hökumətin əleyhdarları ilə toqquşmalardan sonra Təhrir meydanını tərk ediblər.
APA-nın verdiyi xəbərə görə, “müsəlman qardaşları” hərəkatının bir necə min üzvü bu təşkilatın rəhbərinin “misirlilərin nifaq və qırğın məkanını tərk edin” çağırışından sonra meydandan çıxıblar. Hal hazırda meydana Mursi əleyhdarları toplaşıb. Bir qədər əvvəl Məhəmməd Mursinin opponentləri “müsəlman qardaşları” üzvlərini meydandakı etiraz aksiyasına daşıyan iki avtobusu yandırıblar. Hadisənin baş verdiyi vaxt avtobusda heç kim olmayıb.
Təhrir meydanında prezidentin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalarda 100 nəfər yaralanıb.

Liberal təşkilatlar Mursi hökumətini ölkədə vəziyyətin yaxşılaşdırması ilə bağlı verdiyi vədləri yerinə yetirməməkdə ittiham edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR