Bank Of Baku

Mali terrorçuları Fransa prezidentini sui-qəsdlə hədələyiblər

Mali terrorçuları Fransa prezidentini sui-qəsdlə hədələyiblər
# 13 oktyabr 2012 23:48 (UTC +04:00)
Bakı-APA. Malinin şimal ərazisinə nəzarət edən radikal «Qərbi Afrikada birlik və cihad uğrunda hərəkat»ın nümayəndəsi Ömər Uld Hamaha Fransa prezidenti Fransua Ollandın həyatının təhlükədə olduğun bəyan edib.

«İndi bizə müharibə elan etmək istəyən Fransa prezidentinin sözlərinə görə, fransız girovların həyatları təhlükədədir. Onun öz həyatı da təhlükədədir», deyə Ömər Uld Hamaha bildirib.

Fransa prezidenti Fransua Olland hazırda Frankofoniya sammitində iştirak etmək üçün Konqo Demokratik Respublikasındadır.

Malidə vəziyyət mart ayının ortalarından etibarən gərginləşib. Mart ayında bir qrup hərbçi Malidə qiyam qaldırıb. Qiyamdan ölkənin şimalındakı islamçı qruplaşmalar və üsyançı tuareqlər istifadə ediblər. Artıq ölkə faktiki olaraq iki yerə bölünüb.

BMT Təhlükəsizlik Şurasın Fransanın səyləri ilə Afrika dövlətlərinin Maliyə müdaxiləsi barədə qətnamə qəbul edib. Qətnaməyə əsasən müdaxilə hazırlığa 45 gün verilir və məqsəd kimi mərkəzi hakimiyyətə ölkəni birləşdirməkdə yardım etmək göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR