Bank Of Baku

Misir parlamentinin keçmiş sədri «qeyri-qanuni varlanma» ittihamı ilə həbs olunub

Misir parlamentinin keçmiş sədri «qeyri-qanuni varlanma» ittihamı ilə həbs olunub
# 16 oktyabr 2012 00:35 (UTC +04:00)
Bakı-APA. Misirin Korrupsiya ilə mübarizə idarəsi parlamentin keçmiş spikeri Fəthi Sürurun həbsi barədə order verib. Sürur qeyri-qanuni yolla varlanmaqda günahlandırılır. Keçmiş prezident Hüsni Mübarəkin silahdaşı həbsxanada 15 sutka keçirəcək. Bir neçə gün əvvəl Sürur başqa bir ittihamdan bəraət alıb. Onu və keçmiş rejimin daha 20 nəfər yüksək vəzifəli nümayəndəsini hökumət əleyhinə nümayiş keçirən şəxslərə qarşı hücumlar təşkil etməkdə günahlandırırdılar.

Hüsni Mübarək rejiminin yüksək vəzifəli şəxslərinin bəraət alması «Müsəlman qardaşlar» hərəkatının kəskin etirazına səbəb olub. Qərarın əleyhinə çıxış edən islamçılar minlərlə tərəfdarlarını etiraz aksiyasına çıxarıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR