Bank Of Baku

ABŞ səfirinin qatilini Misirdə öldürüblər

ABŞ səfirinin qatilini Misirdə öldürüblər
# 25 oktyabr 2012 16:14 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 11-də ABŞ-ın Liviyadakı səfirliyinə hücumda şübhəli bilinən şəxs oktyabrın 25-də Qahirədə xüsusi xidmət orqanının əməkdaşları ilə atışmada güllələnib. Rəsmi məlumatlara görə, səfirliyə basqın edən bu gün səhər Qahirədəki mənzilində aşkar edilib. O, həbs zamanı xüsusi xidmət orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib, qumbara atıb, odlu silahdan atəş açıb.

APA-nın məlumatına görə, bir neçə saatlıq atışmada o öldürülüb. Adının Hazem olduğu bildirilən şəxsin evində silah və partlayıcılar da tapılıb.

Qeyd edək ki, sentyabrın 11-də ABŞ-ın Liviyadakı səfirliyinə hücum nəticəsində səfir Kristofer Stivens və səfirliyin daha üç əməkdaşı öldürülüb. Liviyada buna görə artıq 50 nəfər həbs edilib. Oktyabrın əvvəlində isə Türkiyə sərhədçiləri bu hücumda şübhəli bilinən iki Tunis vətəndaşını həbs edərək polisə təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR