Bank Of Baku

Nigeriyada hərbçilər 50-dən artıq dinc sakini qətlə yetiriblər

Nigeriyada hərbçilər 50-dən artıq dinc sakini qətlə yetiriblər
# 02 noyabr 2012 18:17 (UTC +04:00)
Bakı-APA. Nigeriya hərbçiləri antiterror əməliyyatının gedişində ölkənin şimal-şərqindəki Mayduquri şəhərində 48 nəfəri güllələyiblər.

Şahidlərin sözlərinə görə, hərbçilər dinc sakinləri evlərindən çıxararaq çöllüyə aparıblar və orada güllələyiblər. Yerli dini xadimlərdən olan Malam Mustafanın dediyinə görə, cəmi 48 nəfər güllələnib. Hərbçilər güllələməmişdən əvvəl həmin şəxslərin adları və soyadlarını kompüterlə yoxlayıb sonra onlara atəş açıblar.

Nigeriyanın şimalında əsasən müsəlmanlar yaşayır. Məşhur «Boko Haram» terrorçu qruplaşması da məhz ölkənin bu hissəsində fəaliyyət göstərir. Antiterror əməliyyatı «Boko Haram»a qarşı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR