Bank Of Baku

Misirdə maskalı şəxslər polis əməkdaşlarına hücum edib

Misirdə maskalı şəxslər polis əməkdaşlarına hücum edib
# 03 noyabr 2012 16:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Misirdə ərazidə patrul aparan polislərə hücum nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

APA-nın yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Misirin Şimali Sinay əyalətinin mərkəzi şəhəri olan Əl-Ərşin şəhərində baş verib.

Şahidlərin bildirdiyinə görə, maskalı və xüsusi geyimdə olan naməlum şəxslər bu gün səhər saatlarında post-patrul xidmətinin avtomobilini atəşə tutublar. Bundan sonra hadisəni törədənlər yaxınlıqdakı səhrada gizlənə biliblər.

Yerli polis şöbəsindən isə bildirilib ki, bu hadisə bir neçə gün əvvəl ekstremistlərə qarşı keçirilən əməliyyatda öldürülən qanunsuz silahlı dəstə üzvlərinin əvəzində törədilib.

Hadisə nəticəsində yaralanan polis əməkdaşları isə hospitala yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR