Bank Of Baku

CAR-da minlərlə şaxtaçı tətil edib

CAR-da minlərlə şaxtaçı tətil edib
# 10 noyabr 2012 20:07 (UTC +04:00)
Bakı – APA. Cənubi Afrika Respublikasında platin şaxtasında çalışan minlərlə şaxtaçı işə çıxmaqdan imtina edib.

APA-nin RİA Novosti-yə istinadən verdiyi xəbərinə görə, şaxtaçılar işlədikləri korporasiyasının təklif etdiyi əmək şəraiti ilə razılaşmayıblar.
Qeyd edək ki, oktyabr ayında Anglo American Platinum (Amplats) şirkəti tətil edən 12 min şaxtaçını işdən azad etmişdi. Şirkət rəhbərliyi bildirmişdi ki, üç həftə tətil ərzində şirkətə 82 mln dollar zərər dəyib.

Xatırladaq ki, 3 minə yaxın şaxtaçının Yoxanesburq yaxınlığındakı şaxtada keçirdiyi tətil zamanı baş vermiş iğtişaşlarda iki polis əməkdaşı və 18 şaxtaçı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR