Qəbələdə səmti müəyyən etmə idman növü üzrə FHN-in III Qapalı Çempionatı keçirilib - FOTOSESSİYA

Qəbələdə səmti müəyyən etmə idman növü üzrə FHN-in III Qapalı Çempionatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 sentyabr 2015 10:26 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda səmti müəyyən etmə idman növü üzrə nazirliyin III Qapalı Çempionatı başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman yarışına 23 qurumdan 23 komanda olmaqla 100-dən artıq idmançı qatıldığını bildirib. Üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, iştirakçılar şəxsi birincilik üzrə öz bacarığını nümayiş etdiriblər. Bildirilib ki, FHN-in səmti müəyyən etmə üzrə idman komandası dünya və Avropa çempionatlarında iştirak edir.

Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN əməkdaşlarının və komanda üzvlərinin qidalanması və qalması üçün meşədə lazımı şəraiti olan çadırların qurulduğunu qeyd edib. Komanda və şəxsi yarışlar iki mərhələdə, qısa və uzun məsafədə keçirilib. Əvvəlcə yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılıb. Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR