Yanvarın 25-də Burkina-Fasoda terrorçuların hücumu zamanı 39 nəfər öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə “Faso” portalı məlumat yayıb.
Hadisə ölkənin şimalında, Sum əyalətinin Silqadji kəndində baş verib.
Hakimiyyət tərəfindən ölən şəxslərin ailələrinə başsağlığı verilib.
Xatırladaq ki, 2014-cü ildən Mavritaniya, Mali, Niger, Çad və Burkina-Fasoda Fransanın iştirakı ilə “Boko Haram” terror təşkilatına qarşı “Barxan” hərbi əməliyyatları keçirilir.