Konqoda ebolaya yoluxmuş xəstə xəstəxanadan qaçıb

Konqoda ebolaya yoluxmuş xəstə xəstəxanadan qaçıb
# 20 aprel 2020 08:12 (UTC +04:00)

Konqo Demokratik Respublikasının şərqində yerləşən xəstəxanalardan birindən ebola virusuna yoluxmuş xəstə qaçıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, aprelin 13-də Konqoda ebola üzərində tam qələbənin elan olunacağı gözlənilirdi. Lakin sözügedən virusdan müalicə olunan sonuncu xəstənin sağalmasından 52 gün sonra - aprelin 10-da ölkədə yeni bir yoluxma hadisəsi qeydə alınıb.

Hazırda ölkədə ebolaya yoluxmuş 6 yeni hadisə təsdiqlənib. Aprelin 10-dan etibarən bu virusdan 2 nəfərin öldüyü bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR