Misirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın "almasryalyoum.com" saytına istinadən verdiyi xəbərə görə, yol qəzası ölkənin Əl-Mənufə əyalətində qeydə alınıb.
Fəhlələri aparan avtomobil yük maşını ilə toqquşub. Nəticədə 12 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.