Bank Of Baku

ABŞ ordusu Somalidə 13 silahlını məhv edib

ABŞ ordusu Somalidə 13 silahlını məhv edib
# 28 avqust 2023 00:32 (UTC +04:00)

ABŞ Afrika Komandanlığı (AFRICOM) Somali hökumətinin müraciətinə əsasən, ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.

APA xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyat nəticəsində 13 silahlı məhv edilib. Komandanlığın məlumatına görə, zərbə avqustun 26-da Kismayo şəhərindən 45 kilometr şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər silahlısı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR