Bank Of Baku

ABŞ Papua-Yeni Qvineya ilə müdafiə sahəsində sazişi müzakirə edib

ABŞ Papua-Yeni Qvineya ilə müdafiə sahəsində sazişi müzakirə edib
# 27 iyul 2023 07:12 (UTC +04:00)

ABŞ və Papua-Yeni Qvineya müdafiə sahəsində əməkdaşlıq sazişini müzakirə edir.

APA xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Port Moresbidə Papua-Yeni Qvineyanın baş naziri Ceyms Marape ilə birgə mətbuat konfransında deyib.

“Biz yeni müdafiə sahəsində əməkdaşlıq sazişini müzakirə etdik. Bu, əlaqələrimizi dərinləşdirəcək, hərbi qüvvələrimiz arasında əməkdaşlığı gücləndirəcək və Birləşmiş Ştatlara humanitar və təbii fəlakətlərə daha yaxşı yardım göstərməyə kömək edəcək", - deyə bildirib.

L.Ostinin sözlərinə görə, tərəflər, həmçinin Papua-Yeni Qvineyanın eksklüziv iqtisadi zonasında brakonyerlik və qaçaqmalçılıqla mübarizədə əməkdaşlığa yönəlmiş saziş imzalayıblar, ABŞ Sahil Mühafizəsinin gəmisi bu proqramı işə salmaq üçün avqust ayında ölkəyə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR