Minə yaxın ABŞ vətəndaşı Sudandan təxliyə edilib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller öz Tvitter hesabında bildirib.
“ABŞ hökuməti münaqişə başlayandan bəri minə yaxın vətəndaşın Sudandan çıxmasına şərait yaradıb”, - nəşr yazır.
Miller əlavə edib ki, təxliyənin həyata keçirilməsi zamanı ABŞ müttəfiq dövlətlərlə sıx koordinasiya saxlayıb.
Onun sözlərinə görə, ABŞ hökumətinin təşkil etdiyi ikinci karvan Port Sudana çatıb.