Bank Of Baku

Abşeronda motosiklet aşıb, sürücüsünün ayağı sınıb

Abşeronda motosiklet aşıb, sürücüsünün ayağı sınıb
# 27 oktyabr 2019 04:22 (UTC +04:00)

Xırdalan şəhərində yol qəzası zamanı motosiklet sürücüsü ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Qalubiyyə küçəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Kamran Hikmət oğlu idarə etdiyi motosikleti aşırıb. Nəticədə o, ağır xəsarət alıb. 

Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR